RU

Lebron Ceyms oğlu ilə birlikdə NBA-da tarix yazdı

NBA-da pley-off mərhələsinin birinci raundunun ilk oyunu başa çatıb.

Hakimiyyet.az xəbər verir ki, qarşılaşmada "Los-Anceles Leykers" "Hyuston Rokets"i 107:98 hesabı ilə məğlub edib.

Qalib komandanın heyətində Lebron Ceyms və Bronni Ceyms meydana çıxıblar. Onlar NBA pley-off tarixində birlikdə oynayan ilk ata və oğul olublar.

Lebron Ceyms 19 xal və 13 məhsuldar ötürmə ilə dabl-dabl edib (basketbolçunun bir oyunda beş statistik kateqoriyadan ikisində ikirəqəmli - 10 və ya daha çox göstərici əldə etməsi). Bronni Ceyms isə dörd dəqiqədən az oynayıb və məhsuldar hərəkətlə yadda qalmayıb.

"Los-Anceles Leykers" seriyada 1:0 hesabı ilə önə keçib. Növbəti oyun aprelin 22-də keçiriləcək.

Избранный
3
4
hakimiyyet.az

5Источники