RU

Fidan: ABŞ ilə İran arasında 14 gün ərzində razılaşmanın əldə olunması mümkünsüzdür

ABŞ və İranın müzakirə mövzuları o qədər genişdir ki, 14 gün ərzində bütün məsələlər ətrafında razılaşmanın əldə olunması mümkünsüzdür.

"Far.Az" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diploimatiya Forumunda keçirilən brifinq zamanı deyib.

"ABŞ və İran arasında gələn həftə atəşkəsin bitməsindən sonra yeni müharibənin başlaya biləcəyi bütün bölgə ölkələrini narahat edir", - H, Fİdan deyib.

O əlavə edib ki, əsas ümid beynəlxalq təzyiq nəticəsində münaqişə tərəflərinin atəşkəsi uzatmağına yönəlib:

"Atəşkəs ərzində isə bu günə qədər çözülməyən problemlərin həll olunmnasına ümid edirik. İki həftəlik atəşkəs yaxşı razılaşmadır, amma ABŞ və İranın müzakirə mövzuları o qədər genişdir ki, 14 gün ərzində bütün məsələlər ətrafında razılaşmanın əldə olunması mümkünsüzdür".

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.

Избранный
3
8
far.az

9Источники