Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.
Slovakiyanın Baş naziri Robert Fitso bildirib ki, Latviya və Litva onun təyyarəsinin Moskvaya uçuşuna icazə verməyəcək.Bizim.Media xəbər verir ki, siyasətçi buna baxmayaraq Rusiyaya uçuş üçün alternativ marşrutun tapılacağını deyib.
Fitso qeyd edib ki, oxşar vəziyyət 2025-ci ildə də yaşanıb. Həmin vaxt Estoniya, Latviya və Litva da onun təyyarəsinin Rusiya istiqamətində uçuşuna icazə verməmişdi.
TASS-ın aviadispetçer xidmətlərindəki mənbəyə istinadən yaydığı məlumata görə, Fitso Latviya və Litvadan yan keçməklə Moskvaya üç mümkün marşrutla uça bilər.Bunlar Macarıstan, Rumıniya və Qara dəniz üzərindən, Avstriya, İtaliya, Aralıq dənizi və Türkiyə üzərindən, həmçinin Polşa və ya Çexiya, Almaniya istiqamətindən Baltik dənizinə çıxmaqla mümkün hesab olunur.Bizim.Media
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.