Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə buraxılmayacaq.
Axar.az xəbər verir ki, Kotsoyev yarımfinalda Simeon Katarina (Niderland) ilə görüşdə qadağan edilmiş fəndə görə birbaşa "hansoku-make" aldığı üçün bürünc medal görüşündən kənarlaşdırılıb.
Bu gün mübarizəyə qoşulan idmançılardan Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) mübarizəni erkən dayandırıblar.
Qeyd edək ki, bununla da yığma qitə birinciliyini 4 medalla başa vurub. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.