RU

MPL: Yevlaxda heyətlər açıqlandı -YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında 28-ci tur yekunlaşacaq.

Fanat.Az xəbər verir ki, son gündə 2 matç baş tutacaq.

Öncə “Kəpəz” Yevlaxda “İmişli” ilə üz-üzə gələcək. Qarşılaşmanı Kamal Umudlu idarə edəcək.

Turun son qarşılaşması isə Sumqayıtda teallaşacaq. Şəhərin eyniadlı komandası “Qəbələ”ni qəbul edəcək. Görüşdə ədaləti Vüqar Həsənli qoruyacaq.

Daha öncə keçirilmiş “Zirə” – “Neftçi” oyununda heç-heçə (1:1) qeydə alınıb.  “Karvan-Yevlax” “Şamaxı”nı (1:0) məğlub edib, “Araz-Naxçıvan” “Turan Tovuz”a (0:3), “Qarabağ” “Sabah”a (0:1) uduzub.

Misli Premyer Liqası
28-ci tur
19 aprel

“Kəpəz”  “İmişli”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Orxan İbişov, Namiq Bəkirov
Yevlax şəhər stadionu, 15:30.

 

"Kəpəz": 33. Yusif İmanov, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 17. Ümid Səmədov, 11. Rəhman Hacıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 88. Şakir Seyidov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 6. Camal Cəfərov, 80. Şahnur İsmayılov, 57. Amur Yusifov, 10. Ryonosuke Ohori.
Baş məşqçi: Azər Bağırov.

"İmişli": 1. Hüseynəli Quliyev, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 94. Rafael Vyeqas, 10. Nikola Karaklaiç, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 6. Yav Mozes, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 99. İmam Əli, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 11. Vüsal Qənbərov, 30. Xəlil Mürsəlli, 79. Dioqo Kardozo, 17. Ezekiel Morqan.
Baş məşqçi: Jorje Kaşkilya.

“Sumqayıt”  “Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Teymur Teymurov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:00.

 

Избранный
6
fanat.az

1Источники