RU

“Neftçi”dən açıqlama: “Qarabağ”la oyundan öncə…

ain.az, Apasport portalına istinadən məlumat yayır.

“Neftçi” Misli Premyer Liqasının 29-cu turunda 26 aprel, saat 19:00-da “Qarabağ” klubunu qəbul edəcək. 

Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, oyuna böyük marağı nəzərə alaraq, hər iki klub azarkeşlərinin təhlükəsizliyinin yüksək şəkildə təmin olunması və matç zamanı azarkeşlər arasında yarana biləcək mümkün arzuolunmaz halların qarşısını almaq məqsədilə müvafiq preventiv tədbirlərin görülməsi planlaşdırılır.

“Palms Sports Arena”da keçiriləcək görüşdə Ağdam təmsilçisinin azarkeşləri üçün “Qərb 2” sektoru ayrılacaq. Onlar biletlərini oyun günü – aprelin 26-sı saat 12.00-dan etibarən stadionun “Qarabağ” azarkeşləri üçün xüsusi ayrılmış kassasından əldə edə bilərlər.

Təhlükəsizlik məqsədi ilə arenanın “Neftçi” azarkeşləri üçün nəzərdə tutulan sektorlarına “Qarabağ” klubunun formasını, şarfını və ya digər rəmzlərini daşıyan azarkeşlərin buraxılmasının qarşısı alınacaq.

“Neftçi” klubu olaraq azarkeşlərin təhlükəsizliyi və oyunun insidentsiz keçməsi üçün nəzərdə tutulan bu tədbirlərin anlayışla qarşılanacağına inanırıq.

“Klubun adı "Qarabağ"dırsa, buna göz yuma bilmərik”

Dambrauskas: “Səhvlərimizi axtarıram”

“Sabah”dan çempionluq yolunda kritik 3 xal - YENİLƏNİB

Füzuli Məmmədov: “Qarşıdakı oyunlarda da qələbə qazanmaq istəyirik”

Millimiz Andorraya qalib gəldi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
9
apasport.az

10Источники