RU

İranda iki qüvvə üz üzə gəldi Ölkəni gözləyən dəhşətli ssenari

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“İranda sivil siyasətçilərlə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) arasında ciddi fikir ayrılıqları var”.

Globalinfo.az xəbər verir ki, bunu Real partiyasının sədri Natiq Cəfərli deyib.

O bildirib ki, SEPAH-ın öz məntiqi və maraqları var:

“Onlar iqtisadiyyat, xalqın rifahı, sosial problemlər və onların həlli yolları barəsində düşünmürlər. Sivil siyasətçilər isə daha məsuliyyətlidirlər, bir neçə addım önə baxmağa çalışırlar.

Bəs ssenarilər nə ola bilər:

1) Müharibə yenidən qızışır, ABŞ qanunsuz, hüquqsuz şəkildə başladığı savaşı davam etdirib İrana çox ağır zərbələr vurur, İran da Körfəz ölkələrini dağıdır – yəni, hər iki tərəfdən ziyan müsəlmanalara dəyir, neft-qaz bahalaşır, dünyaya da iqtisadi ziyan dəyir.

2) Müharibə dayanır, amma anlaşma olmur, hər kəs özünü qalib elan edib, çəkilir öz qınına, İran Hörmüzü təzyiq aləti kimi əlində saxlamağa davam edir, amma cəmi 1-1,5 ilə yeni logistik marşrutlar yaranır, Hörmüzün əhəmiyyəti sıfra yaxınlaşır. Yeni enerji xəttlərinin çəkilməsi, yeni marşrutların yaranmasına, hardasa, 15-20 mlrd. dollar lazımdır, bu çox kiçik məbləğdir və hamımız (dünya əhalisi) bu məbləğın 100 qatını ödəyəcəyik.

Yəni, neftin geosiyasi gərginlik olmadan 65-70 dollar olacağı ehtimalını nəzərə alsaq, İran (Hörmüz) böhranı qiyməti 100 dollara qədər (ortalama, günlük baxmayın) bahalaşdırdığını düşünüb-hesablasaq, belə bir mənzərə alınır:

Dünya, gün ərzində, ortalama 105 mln. barel neft istehlak edir, neftin normadan artıq olan qiymətini 30 dollar götürsək, qiymət “qaymağı”, fərqi günə 3,1 mlrd. dollar edir. Nəzərdə tutulandan artıq qazancın həcmi o qədər böyükdür ki, yeni marşrutların maliyyələşməsi üçün 3-5 günlük əlavə qazanc yetərlidir. Nəticədə İran tarixdə səhv siyasət nəticəsində karvan yollarından, limanlardan məhrum olan şəhər-dövlətlərin taleyini yaşaya bilər.

Hörmüzün enerji bazarı üçün əhəmiyyəti sıfra yaxınlaşsa, İran bu alətdən məhrum olsa, 92 mln.-luq əhali aclıq və səfalətə məhkum ola bilər. İndi hakimiyyəti ələ keçirən hərbiləşmiş güclər anlamır ki, sivil siyasəti dinləməsələr, xalqın qəzəbinə, etirazına qısa müddətdə tuş gələcəklər – İran cəmiyyəti diridir, mübarizdir, ağıllıdır…”.

Əliyar Xəlil

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
34
globalinfo.az

1Источники