RU

Elektrik stansiyasında partlayış - Ölənlərin sayı 24-ə çatdı

Hindistanın Çhattisqarh ştatındakı “Vedanta” elektrik stansiyasında baş verən partlayışda ölənlərin sayı 24 nəfərə çatıb.

“Cebheinfo.az” xarici KİV-ə istinadən xəbər verir ki, partlayış aprelin 14-də buxar ötürən yüksək təzyiqli polad boruda baş verib. İlk gün 10 nəfər ölüb, sonradan yaralılardan daha 14 nəfər xəstəxanada həyatını itirib.

Hazırda 10-a yaxın yaralı müalicə alır, onlardan üçünün vəziyyəti ağırdır.

Polis “Vedanta Group” rəhbərliyi də daxil olmaqla bir neçə nəfər barəsində səhlənkarlıq və ehtiyatsızlıqdan adam öldürmə maddələri ilə cinayət işi açıb. Ekspertiza partlayışın yanacağın həddindən artıq toplanması və təzyiq artımı səbəbindən baş verdiyini müəyyən edib.

“Cebheinfo.az”

Избранный
8
1
cebheinfo.az

2Источники