RU

Husilərdən Trampa TƏHDİD: "Bab əl-Məndəb boğazını bağlayarıq"

Yəmən husiləri ABŞ prezidenti Donald Trampın sülh prosesinə mane olmağa davam edəcəyi təqdirdə Bab əl-Məndəb boğazını bağlayacaqları ilə hədələyiblər.

Musavat.com xəbər verir ki, bu barədə husilərin formalaşdırdığı hökumətin xarici işlər nazirinin müavini Hüseyn əl-Ezzi "Al Jazeera" telekanalına açıqlamasında bildirib.

Hüseyn əl-Ezzi bəyanatında bu addımın qarşısının alınmasının qeyri-mümkün olduğunu vurğulayıb:

"Əgər Səna (Yəmənin paytaxtı) Bab əl-Məndəb boğazını bağlamaq qərarına gəlsə, bütün bəşəriyyət və cinlər onu açmaqda tamamilə aciz qalacaqlar. Buna görə də, Tramp və ona rəvac verən ölkələr üçün sülhə mane olan bütün fəaliyyət və siyasətlərə dərhal son qoymaq, xalqımızın və ölkəmizin hüquqlarına hörmət nümayiş etdirmək daha yaxşı olar".

Qeyd edək ki, Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirən Bab əl-Məndəb boğazı Fars körfəzi ölkələrindən Avropaya enerji daşıyıcılarının çatdırılması üçün həyati əhəmiyyət kəsb edən marşrutdur. Dünya üzrə dəniz yolu ilə daşınan neft ticarətinin təxminən 12%-i, mayeləşdirilmiş təbii qazın (LNG) isə 8%-i məhz bu boğaz vasitəsilə həyata keçirilir.

Musavat.com

Избранный
25
musavat.com

1Источники