RU

“Sepah”ın şalvarının kəməri

Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Hazırda Fars körfəzinin ətrafında baş verənlər dünya boyda nəhəng teatrın səhnəsində oynanılan tragikomediyaya bənzəyir. Təxminən belə bir absurd səhnəcik təsəvvür edin: Tramp: Biz qalib gəlmişik, İran danışmaq istəyir!

Birja: Aşağı düşürəm.

Dünya iqtisadiyyatı: Tfu! Milyardları itirdim!

İran: Yox, biz qalib gəlmişik, ABŞ danışmaq istəyir!

Birja: Yuxarı qalxıram.

Treyderlər: Tfu! Milyardlar itirdik!

Ağ ev (daxili pıçıldaşma): Neft füyüçerslərini sataq!

Tramp: Hörmüz boğazı açılmalıdır!

Neft: Düşürəm.

Ağ Ev (daxili pıçıldaşma): Mənfəəti təsbit edək.

İsrail: Mən Livanı vurmağa davam edəcəyəm.

Ağ Ev (daxili pıçıldaşma): Neft fyüçerslərini alaq.

Neft: Qalxıram.

Ağ Ev: (Əllərini bir-birinə sürtür)

Tramp (İsrailə): Qələt edirsən, mən möhtəşəm icazəmi vermirəm!

Ağ Ev: Fyüçerslərdə alış əməliyyatına əlavə edək!

İran: Hörmüz boğazını açmıram!

Pentaqon (pIçıltı ilə): Səhmləri sataq!

Birja: Düşürəm.

Pit Heqsett: (Əllərini bir-birinə sürtür)

Tramp: Avropa, kağızdan düzəldilmiş pələng, köməyə gəl!

Avropa: Müharibə bitəndə gələcəyəm.

Ağ Ev (Daxili pıçıldaşma): Səhmləri sataq!

Tramp: İranı möhtəşəm blokadaya alıram!

Birja: Düşürəm də, itələməyin! Nə xəbərdir?!

Dünya iqtisadiyyatı: Tfu! Milyardları itirdim!

Neft (Trampa): Daha nə desən də, bundan yuxarı qalxa bilmirəm. Dirənmişəm.

Ağ Ev (pıçıltı ilə): Fyüçersləri sataq, mənfəəti təsbit edək.

İran: Hörmüz boğazını açıram.

Ağ Ev: Sell! Sell!

Neft: Aşağı tullanıram! (Özünü kəlləmayallaq aşağı atır)

Avropa: Köməyə gəlirəm. Ayaqqabılarımı bağlayım, çıxıram.

Tramp: Kağızdan düzəldilmiş pələng! Daha gəlmə, lazım deyil.

İran (Trampa): Blokadanı aç!

Tramp: Açmıram!

Ağ Ev (pıçıltı ilə): Satışdan çıxın! Təcili neft fyüçerslərini alın!

İran: Hörmüz boğazını bağlayıram!

Neft (Düşdüyü yerdə üst-başını çırpa-çırpa): Qalxıram!

Ağ Ev: (Əllərini bir-birinə sürtür)

Tramp: Avropa, kağızdan düzəldilmiş pələng, köməyə gəl!

Avropa: Boğaz açılandan sonra gələcəyəm.

İsrail: Livanı vurmağa başlayıram.

Neft: (Başını qaldırıb, əlini qaşlarının üstünə günlük kimi qoyaraq, yuxarı baxır)

Dünya iqtisadiyyatı: (Kənarda dayanıb, titrəməyə başlayır)

Klounada davam edir. Vüsal Məmmədov

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
23
2
azvision.az

3Источники