RU

Almaniya millisində şok itki

style='margin-bottom:10px;'>

"Bavariya" və Almaniya millisi ciddi itki ilə üzləşib.

QOl.az Münhen klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Serj Qnabri zədələnib. Sağ budunun əzələsi qopan hücumçunun uzun müddət meydana çıxa bilməyəcəyi qeyd olunub.

"Sky Sports" isə futbolçunun bu yay keçiriləcək dünya çempionatını buraxacağını yazıb. Onun meydana qayıtması üçün 3-4 ay vaxt lazım olacağı bildirilib.

Qeyd edək ki, S.Qnabri bu mövsüm bütün turnirlərdə 37 matçda 10 qol vurub  və 11 məhsuldar ötürmə edib.  Almaniya yığması dünya çempionatının E qrupunda Kurasao, Fil Dişi Sahili və Ekvador komandaları ilə mübarizə aparacaq.

Избранный
14
2
teleqraf.com

3Источники