RU

Avtomobil yarışı zamanı 66 yaşlı pilot həlak oldu

ain.az, Avtosfer saytına istinadən bildirir.

Almaniyada keçirilən NLS4 seriyası üzrə dörd saatlıq avtomobil yarışı zamanı baş verən qəza nəticəsində 66 yaşlı finlandiyalı pilot Yuha Miettinen həyatını itirib.

Avtosfer.az "Motorsport"a istinadən xəbər verir ki, yarış zamanı yeddi avtomobil iştirakı ilə qəza baş verib, onlardan biri maneəyə çırpılıb.

Qeyd olunur ki, xəsarət alan pilotlardan biri bel və boyun nahiyəsindən xəsarətlərlə helikopterlə xəstəxanaya çatdırılıb. Məhz onun Finlandiya təmsilçisi olduğu ehtimal edilir.

Yarışda, həmçinin "Formula-1" üzrə dördqat dünya çempionu Maks Ferstappen də iştirak edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
16
avtosfer.az

1Источники