Polşanın Katovitse şəhərində şahmat üzrə şəxsi Avropa çempionatında 10-cu turun partiyaları oynanılıb.
Apasport.az xəbər verir ki, hesabat turunda qitə çempionatının liderləri arasındakı partiyada qalib olmayıb.
Həmyerlimiz Nicat Abasovla ispan David Guijarro heç-heçə oynayıb. Azərbaycan şahmatçısı Aydın Süleymanlı qara fiqurlarla litvalı Valeri Kazakouskini üstələyib. Son Azərbaycan çempionu Məhəmməd Muradlı isə ağ fiqurlarla Latviya şahmatçısı Nikita Meşkovsa qalib gəlib.
10 turdan sonra turnir cədvəlində ilk beşlikdə 3 Azərbaycan şahmatçısı qərarlaşıb və hər üçünün çempionluq şansı var. Hərəyə 8 xal toplayan Nicat Abasovla Aydın Süleymanlı 1-2-ci yerləri bölüşür. Eyni xala malik Məhəmməd Muradlı əlavə göstəricilərə görə 5-ci pilləni tutur.
Bu gün keçiriləcək Avropa çempionatının son turunda Aydın Süleymanlı ağ fiqurlarla Məhəmməd Muradlıya qarşı mübarizə aparacaq. Nicat Abasov isə Rumıniya şahmatçısı Daniel Bogdanla üz-üzə gələcək.
Azərbaycanı şəxsi Avropa çempionatında 14 şahmatçı təmsil edəcək
Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək
Rauf Məmmədov Almaniyada beynəlxalq turnirdə çıxış edəcək
Azərbaycan çempionatına yekun vurulub
Təmsilçimiz "Asiya Qran Pri 2026" turnirində çempion olub