RU

“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”

ain.az bildirir, Axsham.az portalına istinadən.

Xalq artisti Zülfiyyə Xanbabayeva səhnəyə gəlişini həyatının ən cəsarətli addımı adlandırıb.

Axşam.az xəbər verir ki, bu barədə sənətçi "Zaman sükanı" verilişində danışıb. O bildirib ki, ailəsində mövcud olan ab-hava onun müğənni olmasına qarşı olub:

“Mənim ən böyük cəsarətli addımım bu səhnəyə, sənətə gəlməkdir. Çünki evimdə elə bir ab-hava var idi ki, onlar üçün bu dəhşətli bir şey idi ki, mən müğənni olacağam. Bu, həyatda ən cəsarətli addımım olub və uduzmamışam. Özümə arxayın idim ki, bu cəsarətimin arxasında dayana biləcəyəm”.

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
24
13
axsam.az

10Источники