RU

Avropa çempionatı: Zelim Kotsoyev turnirə qələbə ilə başladı YENİLƏNİB

ain.az, Moderator.az saytına istinadən bildirir.

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

Moderator.az xəbər verir ki, idmançı 1/16 finalda Nikola Pavlovski (Şimali Makedoniya) ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən Z.Kotsoyev növbəti raunda vəsiqə qazanıb.

Bu gün Kənan Nəsibov (+100 kq) və Madina Kaisinov (+78 kq) də tatamiyə çıxacaqlar.

Xatırladaq ki, Avropa çempionatı bu gün başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.

09:48

Azərbaycanın daha 3 cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən və bu gün başa çatacaq Avropa çempionatında mübarizəyə başlayacaq.

Moderator.az "Report"a istinadən xəbər verir ki, yarışın son günündə Zelim Kotsoyev (100 kq), Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) tatamiyə çıxacaqlar.

Avropa çempionatı

100 kq, 1/16 final

Zelim Kotsoyev - Nikola Pavlovski (Şimali Makedoniya)

+100 kq, 1/8 final

Kənan Nəsibov - Mateo Akiana Monqo (Fransa) / Erik Abramov (Almaniya) cütünün qalibi ilə

+78 kq, 1/16 final

Madina Kaisinova - Elis Startseva (Rusiya)

Xatırladaq ki, Avropa çempionatı bu gün başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
36
19
moderator.az

5Источники