İranda ABŞ və İsrail ilə əlaqədə şübhəli bilinən 69 nəfər həbs olunub.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.
Bildirilib ki, tutulanlar arasında jurnalistlər də olub: "Onlar həssas mərkəzlərin məlumatlarını ötürməklə yanaşı, təxribat və pozuculuq əməlləri törətmək niyyətində olublar".
Saxlanılan şəxslərdən odlu və soyuq silah, həmçinin rabitə avadanlıqları aşkar edilərək müsadirə olunub.
"Cebheinfo.az"