RU

Ağır QƏZA: 2 ölü var

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, hadisə rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı, 99-NX-578 dövlət qeydiyyat nişanlı avtomobil ilə "VAZ-2107" markalı, 01-CD-207 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində 1990-cı il təvəllüdlü Əli Vəliyev və 2000-ci il təvəllüdlü Mirqəşəm Talıbov hadisə yerində həyatını itiriblər.

Hadisə zamanı xəsarət alan 1995-ci il təvəllüdlü Süleyman Süleymanov və 2001-ci il təvəllüdlü Rəşad Namazəliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Məlumata görə, qəzada həyatını itirən şəxslər hərbçi, yaralanan Rəşad Namazəliyev isə ANAMA əməkdaşıdır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az

Избранный
4
3
milli.az

8Источники