RU

Evdən icazəsiz çıxan gəlinini 6 bıçaq zərbəsi ilə öldürüb Dəhşətli qətlin təfərrüatı (FOTOLAR)

ain.az, Unikal.az portalına istinadən məlumat verir.

Gəlinini qətlə yetirən Ağanəbi Əliyevin cinayət işinin bəzi detalları məlum olub. 

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə 2025-ci ilin mayında paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb. 

İstintaqla müəyyən edilib ki, Əliyev Ağanəbi Seyidmövsüm oğlu gəlni Dürdanə Əliyevanın övladlarının qayğısına qalmayaraq tez tez qohumlarıgilə getməsinə irad bildirib. 

Bu hal dəfələrlə təkrarlanıb və Dürdanə Əliyeva 2025-ci il mayın 5-də yenidən evdən icazəsiz çıxıb və onun narazılığına məhəl qoymayıb. Artıq bundan sonra gəlin-qayınata arasında mübahisə yaranıb və Dürdanə Əliyeva onunla təhqir dolu ifadələr işlədərək evdən qovub. Bundan hiddətlənən Ağanəbi Əliyev onu öldürmək qərarına gəlib. 

Ağanəbi özünəməxsus fərdi evdən mətbəx bıçağını götürərək Dürdanə Əliyevanın yaşadığı evə daxil olaraq ona bir neçə bıçaq zərbələri endirib. O, gəlininə boyun və qarın nahiyələrindən ümumilikdə 6 bıçaq zərbəsi vuraraq qətlə yetirib. 

Bununla da ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Onu da qeyd edək ki, qətlə yetirilən Dürdanə Əliyevanın üç azyaşlı övladı qalıb.

 Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun 9 aprel 2026-cı il tarixli hökmünə əsasən Hökmə əsasən, Ağanəbi Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Prokuror məhkəməyə təqsirləndirilən şəxsin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Orxan Rasifoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
18
8
unikal.az

10Источники