RU

Tək İran yox, ABŞ də Hörmüzü bağlayır: 23 ticarət gəmisi saxlanıldı

Hörmüz boğazında blokada tətbiq olunandan sonra ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarından yola çıxan 23 ticarət gəmisini saxlayıb.

News365.az xəbər verir ki, bu barədə ABŞ-nin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bildirilib ki, blokadanın başlanmasından indiyədək 23 gəmi ABŞ qüvvələrinin göstərişlərinə əməl edərək geri qayıdıb.

Pentaqon qeyd edib ki, bu vaxta qədər Amerika hərbçiləri həmin gəmilərdən heç birinin göyərtəsinə çıxmayıblar.

Eyni zamanda, The Wall Street Journal nəşri ABŞ rəsmilərinə istinadla yazıb ki, Hörmüz boğazında blokada əməliyyatlarına cəlb olunmuş ABŞ Hərbi Dəniz Qüvvələrinin hücum qrupları İranla əlaqələndirilən neft tankerlərinə çıxmağa və lazım gələrsə, onları nəzarətə götürməyə hazırlaşır.

Избранный
1
2
news365.az

3Источники