İndoneziyanın Sumatra adası yaxınlığında 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Şimali Sumatra əyalətinin Padangsidempuan şəhərindən 221 km cənub-qərbdə olub.
İlkin məlumatlara görə, 37 km dərinlikdə baş verən zəlzələ nəticəsində heç bir itki və ya dağıntı olmayıb.
Sunami xəbərdarlığı edilməyib.