RU

Trampın şirkəti Tbilisidə ən hündür göydələn tikəcək

ABŞ Prezidenti Donald Trampa məxsus “Trump Organization” şirkəti Gürcüstanın paytaxtı Tbilisidə şəhərin ən hündür göydələnini inşa etməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı The Wall Street Journal nəşri mənbələrə istinadən yayıb.
 

Məlumata görə, layihə “Trump Tower Tbilisi” adlanacaq və təxminən 70 mərtəbəli çoxfunksiyalı kompleks olacaq. Bildirilir ki, bu bina Gürcüstan paytaxtının ən hündür tikilisi olacaq.


Qeyd olunur ki, göydələndə ticarət sahələri və elit yaşayış rezidensiyaları yerləşəcək.

Bizim.Media

Избранный
22
2
bizim.media

3Источники