RU

Şimali Koreya ballistik raketlər buraxıb - YENİLƏNİB

Səhər saatlarında Şimali Koreya Yaponiyanın ballistik kimi təsnif etdiyi bir neçə raket atıb.

"Report" xəbər verir ki, bu barədə Avstraliyada səfərdə olan Yaponiyanın müdafiə naziri Sindziro Koidzumi bildirib.

Onun sözlərinə görə, raketin buraxılışı yerli vaxtla təxminən səhər saat 6:00 radələrində həyata keçirilib.

Yaponiya tərəfi raketlərin artıq düşdüyünü bildirib, baxmayaraq ki, zərbə zonası ölkənin eksklüziv iqtisadi zonasından kənarda olub. Tokio həmçinin qeyd edib ki, raketlərin Yaponiyanın iqtisadi iqtisadi zonasına daxil olması ilə bağlı heç bir təsdiq yoxdur.

Şimali Koreya bazar günü şərqə doğru ən azı bir ballistik raket atıb.

"Report" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Koreya Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, buraxılış bu səhər qeydə alınıb və hazırda raketin əlavə xüsusiyyətləri, o cümlədən uçuş məsafəsi və digər parametrləri dəqiqləşdirilir.

Bu, Pxenyanın aprel ayında raket fəaliyyətinin yeni bir epizodudur. Daha əvvəl, 8 apreldə Cənubi Koreya Şimali Koreyanın bir neçə sınağı, o cümlədən Vonsan bölgəsindən atılan raketlər və Seulun məlumatına görə, 700 kilometrdən çox uçan başqa bir raket sınağı barədə məlumat vermişdi.

Избранный
30
far.az

1Источники