RU

Macarıstanda seçki nəticəsi rəsmən elan edilib

Bakı, 19 aprel, AZƏRTAC

Müxalifətdəki Tisza partiyası Macarıstan parlamentində 141 yer qazanıb.

AZƏRTAC xəbər verir ki, Macarıstanın Milli Seçki Ofisi səslərin 100 faizini emal etdikdən sonra bu barədə məlumat verib.

Qeyd olunur ki, hakim "Fidesz-Xristian Demokratik Xalq Partiyası" alyansının 52 mandatı var.

Macarıstanda parlament seçkisi aprelin 12-də keçirilib. Səsvermədə altı milyona yaxın seçici iştirak edib.

Избранный
22
5
azertag.az

6Источники