RU

Ceyhun Bayramov D-8 baş katibi ilə əməkdaşlıq məsələlərini müzakirə edib - YENİLƏNİB

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) baş katibi Sohail Mahmud ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycan ilə D-8 arasında mövcud əməkdaşlıq gündəliyi müzakirə edilib, siyasi, iqtisadi, ticarət, energetika, investisiyalar, nəqliyyat və logistika sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib.

Azərbaycanın D-8 üzvlüyünə qəbul edilməsindən sonra keçən qısa müddət ərzində təşkilat daxilində apardığı aktiv fəaliyyət yüksək qiymətləndirilib, 2025-ci ilin oktyabr ayında Azərbaycanda ilk dəfə olaraq D-8 Həftəsinin təşkili, bu çərçivədə D-8 Enerji və İqlim Mərkəzi, D-8 Media Mükəmməllik Mərkəzi və D-8 Nəqliyyat Mükəmməllik Mərkəzinin ölkəmizdə yaradılması ilə bağlı atılan əməli addımlar məmnunluqla xatırlanıb.

Regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılıb, Yaxın Şərqdə gərginliyin azaldılması, atəşkəsin möhkəmləndirilməsi, beynəlxalq humanitar hüquqa riayət olunmasının vacibliyi qeyd edilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


***
20:37

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Sohail Mahmood ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı tərəflər Azərbaycan ilə D-8 arasında siyasi, iqtisadi, ticarət, enerji, investisiya, nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişafını müzakirə ediblər.

Azərbaycanın D-8-ə qoşulduqdan sonra fəal iştirakı yüksək qiymətləndirilib.

Bu çərçivədə Azərbaycanda keçirilən “D-8 Həftəsi” təşəbbüsü, eləcə də Media və Nəqliyyat üzrə Mükəmməllik Mərkəzlərinin, həmçinin Enerji və İqlim Mərkəzinin yaradılması istiqamətində aparılan işlər vurğulanıb.

Görüşdə həmçinin regional və qlobal təhlükəsizlik məsələləri müzakirə olunub. Xüsusilə Yaxın Şərqdə gərginliyin azaldılması, beynəlxalq humanitar hüquqa əməl edilməsi və mülki əhalinin qorunması məsələlərinə diqqət yetirilib.

Избранный
11
4
apa.az

10Источники