RU

Bu gün 600-dən çox namizəd PMS imtahanı verəcək

Bakı, 19 aprel, AZƏRTAC

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) keçirəcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan vermək üçün 606 (KOSS – 71, MHBS - 394, İSMUBS - 141) nəfər müraciət edib.

İmtahan Bakıda DİM-in elektron imtahanlar korpusunda təşkil ediləcək və saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmayacaq. İmtahan binasına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, pozan, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək qadağandır.

Üç saat davam edəcək namizədlərə 40 test tapşırığı təqdim olunacaq. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.

Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu) və imtahana buraxılış vərəqəsini gətirməlidirlər.

Избранный
9
6
azertag.az

10Источники