RU

Tramp müşavirə keçirdi -İRANA QARŞI HƏRBİ ƏMƏLİYYATLAR BƏRPA OLUNA BİLƏR

ABŞ yaxın günlərdə İrana qarşı hərbi əməliyyatları bərpa edə bilər.

 

Bu barədə "Axios" portalı mənbələrinə istinadən məlumat yayıb.

 

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə müşavirə keçirib. Görüşdə Hörmüz boğazı ətrafında vəziyyətin gərginləşməsi və İranla danışıqlar müzakirə olunub.

 

ABŞ rəsmisinin sözlərinə görə, Vaşinqton və Tehran arasında danışıqlarda irəliləyiş əldə olunmasa, "yaxın günlərdə müharibə yenidən başlaya bilər".

 

Müşavirədə Vitse-prezident Cey. Di. Vens, hərb naziri Pit Heqset, Dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent, Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff, Ağ Ev Aparatının rəhbəri Syuzan Uayls, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn iştirak ediblər.

Избранный
18
2
senzor.az

10Источники