RU

İranla 50 günlük müharibə neft bazarına 50 milyard dollarlıq zərbə vurdu

Müharibənin başlanmasından bəri qlobal bazardan 500 milyon bareldən çox xam neft və kondensat çıxıb. Musavat.com xəbər verir ki, bu barədə Reuters agentliyi Kpler analitik şirkətinin məlumatları və öz hesablamaları əsasında yazıb.

Məlumata görə, söhbət müasir tarixdə ən böyük enerji təchizatı kəsintilərindən birindən gedir. Reuters bildirir ki, təkcə istehsal olunmayan neftin dəyəri artıq 50 milyard dolları ötüb və böhranın təsirləri aylarla, hətta illərlə davam edə bilər.

“Wood Mackenzie”nin baş analitiki İan Movatın qiymətləndirməsinə əsasən, bu həcmdə itki qlobal hava səyahətlərinə tələbatın 10 həftəlik azalmasına, 11 gün ərzində avtomobil səfərlərinin tam dayanmasına və ya dünya iqtisadiyyatının beş gün neftsiz qalmasına bərabərdir.

Reuters-in hesablamasında vurğulanır ki, itirilən bu həcm ABŞ-də bir aylıq neft tələbatını, yaxud Avropada bir aydan çox istehlakı ödəməyə yetərdi. Həmin yanacaq beynəlxalq gəmiçilik sektorunun da təxminən dörd ay işləməsini təmin edə bilərdi.

Agentliyin yazdığına görə, mart ayında Fars körfəzi ölkələrində gündəlik hasilat itkisi təxminən 8 milyon barel olub. Eyni zamanda, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Küveyt, Bəhreyn və Omandan reaktiv yanacaq ixracı fevraldakı 19,6 milyon bareldən mart və aprel aylarında ümumilikdə 4,1 milyon barelə qədər geriləyib.

Reuters qeyd edir ki, atəşkəs və Hörmüz boğazının qismən açılması ilə bağlı siqnallara baxmayaraq, xüsusilə Küveyt və İraqdakı ağır neft yataqlarında hasilatın tam bərpası aylar çəkə bilər. Bəzi obyektlərin əvvəlki rejimə qayıtmasının isə beş aya qədər uzanacağı bildirilir.

Musavat.com

Избранный
3
11
musavat.com

10Источники