RU

Qalibaf: “Bir az da irəliləsəydilər, atəş açacaqdıq”

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ-nin Hörmüz boğazı ətrafında mina təmizləmə fəaliyyətlərinə sərt reaksiya verildiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, o, bu addımların Tehran tərəfindən atəşkəsin pozulması kimi qiymətləndirildiyini bildirib.

Qalibafın sözlərinə görə, İslamabad danışıqları zamanı vəziyyət az qala açıq qarşıdurma həddinə çatıb. İran rəsmisi qeyd edib ki, ABŞ nümayəndə heyətinə açıq xəbərdarlıq edilib: mina təmizləyici gəmilər mövqelərindən bir qədər də irəliləsələr, onlara atəş açılacaq.

O bildirib ki, ABŞ tərəfi geri çəkilmək üçün 15 dəqiqə vaxt istəyib və nəticədə geri qayıtmaq əmri verilib.

İranın parlament sədri bəyan edib ki, hazırda Hörmüz boğazında bütün hərəkətlər Tehranın nəzarəti altında həyata keçirilir. Qalibaf həmçinin vurğulayıb ki, ABŞ dəniz blokadasını dayandırmasa, bölgədə vəziyyət daha da gərginləşə bilər.

Musavat.com

Избранный
19
musavat.com

1Источники