RU

İran Hörmüz boğazına yaxınlaşan gəmiləri təhdid edir

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına yaxınlaşan istənilən gəminin hərəkətinin düşmənlə əməkdaşlıq kimi qiymətləndiriləcəyi barədə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, bu barədə "Press TV" SEPAH-ın bəyanatlarına istinadla məlumat yayıb.

Bildirilib ki, Fars körfəzi və Oman dənizindəki lövbər dayanacaqlarını tərk etmək heç bir gəmiyə icazə verilmir və bu qaydanı pozanlar hücum təhlükəsi ilə üz-üzədir.

Xatırladaq ki, aprelin 13-də ABŞ Hərbi Dəniz Qüvvələri dünya neft, neft məhsulları və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən 20 faizinin keçdiyi Hörmüz boğazının hər iki istiqamətində İran limanlarının dəniz trafikini blokadaya almağa başlayıb.

Избранный
19
publika.az

1Источники