RU

“Qarabağ”: Çempionluq da belə getdi... VİDEO

Azərbaycan Premyer Liqasının XXVIII turunda “Qarabağ” və “Sabah” komandaları üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

FIFA referisi Elçin Məsiyevin idarə etdiyi görüşdə yeganə qolu 45-ci dəqiqədə Abdulla Xaybullayev vurub. Lakin o, ikinci hissənin əvvəlində qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Bu nəticədən sonra Valdas Dambrauskasın rəhbərlik etdiyi “bayquşlar” xallarını 69-a çatdıraraq turnir cədvəlində liderliyini möhkəmləndirib. Qurban Qurbanovun komandası isə 56 xalla ikinci pillədə qərarlaşıb.

“Qarabağ” – “Sabah” 0:1
Qol:
Xaybullayev 45

Избранный
45
sportinfo.az

1Источники