RU

İrana qarşı hərbi əməliyyatlar bərpa oluna bilər Tramp müşavirə keçirdi

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ yaxın günlərdə İrana qarşı hərbi əməliyyatları bərpa edə bilər.

Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə müşavirə keçirib. Görüşdə Hörmüz boğazı ətrafında vəziyyətin gərginləşməsi və İranla danışıqlar müzakirə olunub.

ABŞ rəsmisinin sözlərinə görə, Vaşinqton və Tehran arasında danışıqlarda irəliləyiş əldə olunmasa, "yaxın günlərdə müharibə yenidən başlaya bilər".

Müşavirədə vitse-prezident Cey. Di. Vens, hərb naziri Pit Heqset, dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff, Ağ Ev aparatının rəhbəri Syuzan Uayls, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn iştirak edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
25
2
avtosfer.az

10Источники