RU

NATO yerə yaxın uçan dronları aşkarlaya biləcək texnologiyalar axtarır

ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

NATO Ukrayna və İran müharibələrini təhlil etdikdən sonra hava müşahidə sistemlərini yenidən nəzərdən keçirməyə başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Breaking Defense” nəşri NATO-nun transformasiya üzrə Müttəfiq Qüvvələrin Ali Baş Komandanı admiral Pyer Vandye istinadla yazıb.

"Biz bu yerlərdə baş verənləri gördük. Bu müharibədə iqtisadi komponent mühümdür, atəşin qiyməti, xəbərdarlığın ən səmərəli yolları və düşmənlə müqayisədə daha ucuz xərclə hədəflərin aşkarlanması və ya məhv edilməsi barədə düşünmək lazımdır”, deyə admiral bildirib.

Vandye NATO-nun hava məkanının inteqrasiya olunmuş monitorinqi, komanda-idarəetmə sistemləri və uzunmüddətli müharibələr üçün vacib olan hava hücumundan müdafiə daxil olmaqla, müşahidə və müdafiənin bütün spektrini yenidən qurduğunu qeyd edib.

O, köhnəlmiş hava erkən xəbərdarlıq və idarəetmə sistemlərini əvəz etməyə yönəlmiş Birgə müşahidə və nəzarət proqramına diqqət çəkib. NATO 1980-ci illərdən xidmət göstərən "Boeing E-3A" təyyarələrindən istifadə edir və onların istismar müddəti başa çatmaq üzrədir.

Bu təyyarələr uzunmənzilli radarlar və passiv sensorlarla təchiz olunub və böyük məsafələrdə hava və yer hədəflərini aşkarlaya bilir. Onlar Baltik və Qara dəniz üzərində yüzlərlə patrul missiyası yerinə yetirib və Ukrayna üzərində hava vəziyyətinin izlənməsində əsas rol oynayıb. Lakin NATO tək bir sistemdən asılılığı azaltmaq və çoxdomainli müşahidə şəbəkəsi yaratmaq istəyir.

"Digər məsələlərlə yanaşı, NATO kosmik, hava və yer komponentlərindən, həmçinin məhv edilməsi çox çətin olacaq təkmilləşdirilmiş radar sistemlərindən istifadə edəcək”, deyə Vandye əlavə edib.

Proqramın sürətləndirilməsi məqsədilə ötən ay NATO sənaye sektoruna hava təhdidlərinin aşkarlanması, izlənməsi və identifikasiyası üçün mövcud və yeni texnologiyalar barədə məlumat sorğusu göndərib. Xüsusilə aşağı hündürlükdə uçan hədəfləri aşkar edə bilən texnologiyalara maraq göstərildiyi bildirilib.

On dövlətin daxil olduğu alt qrup erkən xəbərdarlıq üçün hava platformaları parkının alınması barədə razılığa gəlib. Lakin konkret texnologiya hələ seçilməyib. NATO genişləndirilmiş hava müşahidə proqramının əvvəlki sistemləri tamamlayacağını və artan tələbatı qarşılayacağını gözləyir.

Hərbi rəsmilərdən biri bildirib ki, alınan cavablar əsasında 2026-cı ilin sonunadək gücləndirilmiş hava müşahidəsinin ilkin mərhələsini təmin edəcək inkişaf proqramı hazırlanacaq.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
25
qaynarinfo.az

1Источники