RU

İtaliyalı ulduz instaqram ın ulduzunu söhbətə çağırdı və... səhvini etiraf etdi

Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.

''Fiorentina'' və İtaliya yığmasının forvardı Moyze Ken ilə influenser Kristian Pinqvin arasında yaşanan qalmaqal İtaliyada gündəmi zəbt edib. "Football-plus.az" xəbər verir ki, Kristian Pinqvin futbol matçlarının analizi ilə məşğuldu və ''instaqram''da onun ''ilpengwin'' səhifəsində 1 milyondan çox təqibçisi var. Tərəflər arasında münaqişə İtaliyanın pley-offda Bosniya və Herseqovinaya səfərdə penaltilər seriyasında uduzaraq 3-cü dəfə mundialdan kənar qaldığı qarşılaşma ilə başladı. Pinqvin 72-ci dəqiqədə hesabı 2:0 İtaliyanın lehinə etmək fürsətini əldən verən hücumçunu tənqid etdi. Eləcə də onun mövsümü zəif keçirdiyini bildirdi. 26 yaşlı forvard oyundan sonra onun bu sözlərinə cavab verməyi lazım bildi. O, Pinqvini ölümlə hədələyərək onu təkbətək ''söhbətə çağırdı''. Pinqvin də aralarında keçən mesajlaşmanı paylaşaraq məsələni ictimailəşdirdi. Bu olayın ardından İtaliyada ''Le lene'' adlı veriliş belə desək, onlar üçün tribuna yaradaraq hər iki tərəfi verilişdə üz-üzə gətirməyi bacardı. Veriliş rəhbərliyinin hədəfi sosial şəbəkədə başlayan bu gərginliyə birdəfəlik son qoymaq idi. Ancaq Florensiyada baş tutan görüş planlaşdırıldığı kimi keçmədi. Moyze Ken Kristian Pinqvini görən kimi yenə ona qarşı ağır ifadələr işlədərək təhdid etdi. Gərginliyin ardından verilişin aparıcılarından ola Stefano Korti araya girməli oldu. Daha sonra Ken ordan ayrıldı. Ancaq qaradərili futbolçu əsəbi soyuduqdan sonra daha soyuqqanlı ifadələr işlədərək səhvini etiraf etdi. O, sözlərinin yanlış olduğunu bildirərək qarşı tərəfdən üzr istədi. İtaliya yığmasının heyətində son 5 matçın hamısında qol vuran və XXI əsrdə bunu bacaran ilk futbolçu olan Ken ''biz də insanıq və səhvə yol verə bilərik. Tənqidlərə açıq olmalıyıq'' ifadəsini işlətdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
15
1
icma.az

2Источники