RU

İran Hörmüz boğazını bağladı və yeni şərtlər irəli sürdü

İran ABŞ-nin dəniz blokadası tam ləğv olunana qədər Hörmüz boğazını bağlayıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bəyanatda bildirilir ki, atəşkəs razılaşmasının pozulması fonunda ABŞ İran gəmiləri və limanlarına qarşı dəniz blokadasını ləğv edənədək aprelin 18-dən etibarən Hörmüz boğazı bağlanır.

Qurum xəbərdarlıq edib ki, Fars və Oman körfəzlərində heç bir gəmi dayanacaq yerlərini tərk etməməlidir. Hörmüz boğazına yaxınlaşma düşmənlə əməkdaşlıq kimi qiymətləndiriləcək və qaydaları pozan gəmilər təqib olunacaq.

Избранный
41
1
editor.az

2Источники