ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Məxsus olduğu “Hoffenhaym” tərəfindən “Holştayn Kil”ə icarəyə verilən 21 yaşlı Umut Tohumcu göstərdiyi oyunla Avropa klublarının radarına düşüb.
Futbolpress.az insayder Rudi Qalettiyə istinadən xəbər verir ki, Almaniyanın bütün aşağı yaş qrupları üzrə milli komandalarında çıxış etmiş Umut Tohumcu ilə İtaliyanın “Torino” klubu ciddi şəkildə maraqlanır.
Turin təmsilçisinin skautları artıq bir neçə həftədir ki, gənc yarımmüdafiəçini yaxından izləyirlər.
Bir müddət adı “Qalatasaray”la da hallanan Umut, yeni klubunda sürətlə uyğunlaşıb, Bundesliqa 2-də çıxdığı 10 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Mütəxəssislər 21 yaşlı futbolçunun mövsüm sonunda daha böyük bir kluba transfer olunacağını ehtimal edirlər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.