RU

Atasına kömək etmək istəyərkən canından oldu Yenilənib

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ağdamda bədbəxt hadisə nəticəsində 25 yaşlı gənc oğlan həyatını itirib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Zəngişalı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 2001-ci il təvəllüdlü Hikmət Sadiq oğlu Mahmudlu kənd təsərrüfatı işləri ilə məşğul olarkən ehtiyatsızlıq nəticəsində traktora qoşulmuş torpaq əzən texnikanın işə düşməsi səbəbindən ağır xəsarətlər alıb. Aldığı xəsarətlər nəticəsində o, hadisə yerində həyatını itirib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanılıb.

***

Ağdamda baş verən faciəli hadisənin bəzi təfərrüatları məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Qaradağlı kəndində yerləşən Ağdam Dövlət Sınaq Məntəqəsində qeydə alınıb.

Məlumata görə, rayonun Zəngişalı kənd sakini, 25 yaşlı Hikmət Sadiq oğlu Mahmudlu müəssisədə məntəqə müdürü vəzifəsində çalışan atası Sadiq Mahmudova texnikanın sınaqdan keçirilməsi zamanı kömək etmək üçün əraziyə gəlib. Bədbəxt hadisə isə məhz texnikanın sınaq prosesi zamanı baş verib. Nəticədə Hikmət Mahmudlu həyatını itirib.

Qeyd edək ki, mərhumun atası Sadiq Mahmudov həmin müəssisədə rəhbər vəzifədə çalışır.

Ziya Əmirxanlı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
23
4
qafqazinfo.az

5Источники