RU

“Qarabağ” 8 oyundur “Sabah”la bacaraBİLMİR

Misli Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilən mərkəzi qarşılaşmada “Qarabağ” öz meydanında 0:1 hesabı ilə “Sabah”a uduzub.

Redaktor.az xəbər verir ki, gərgin keçən mübarizədə “bayquşlar” ilk hissənin sonunda, 45-ci dəqiqədə Abdulla Xaybullaevin vurduğu qol sayəsində minimal hesabla üstünlük qazanıblar.

Lakin ikinci hissənin elə 46-cı dəqiqəsində qolun müəllifi Coni Montiellə mübarizə zamanı kobudluğa yol verib. Matçın baş hakimi Elçin Məsiyev epizodu qayda pozuntusu kimi qiymətləndirərək Xaybullaevi birbaşa qırmızı vərəqə ilə cəzalandırıb. Buna baxmayaraq, meydanda bir nəfər azlıqda qalan “Sabah” qapısını toxunulmaz saxlayıb və “Köhlən atlar” 45 dəqiqə ərzində bu say üstünlüyündən yararlana bilməyib.

Qeyd edək ki, bu nəticə ilə Ağdam təmsilçisinin “Sabah” üzərindəki qələbə həsrəti daha da uzanıb. Belə ki, “köhlən atlar” Misli Premyer Liqası və Azərbaycan Kuboku daxil olmaqla, ardıcıl 8 oyundur ki, “Sabah”ı məğlub edə bilmirlər.

Xatırladaq ki, Qurban Qurbanovun yetirmələri “bayquşlar” üzərində sonuncu qələbəsini təxminən 19 ay əvvəl – 2024-cü ilin sentyabrında (3:2) qazanıb. Həmin tarixdən bəri keçirilən bütün qarşılaşmalarda Masazır təmsilçisi “Qarabağ” üçün keçilməz rəqibə çevrilib.

Məlumat üçün bildirək ki, “Sabah” hazırda 69 xalla turnir cədvəlinə başçılıq edir. “Qarabağ” isə 56 xalla ikinci pillədə qərarlaşıb.

Избранный
22
4
redaktor.az

10Источники