RU

ABŞ Pakistan vasitəsilə İrana yeni təkliflər göndərdi…



ABŞ İrana yeni təkliflər göndərib. Bu barədə İran Milli Təhlükəsizlik Şurasından açıqlama verilib. Bildirilir ki, təkliflər Pakistan vasitəsilə İrana çatdırılıb.

"Pakistan Ordusunun komandanı yeni Amerika təklifləri gətirdi. Hazırda onları nəzərdən keçiririk. Hələ cavab verməmişik" – deyə İran Milli Təhlükəsizlik Şurasının açıqlamasında bildirilir.

Bu arada, İran xarici işlər nazirinin müavini Səid Xətibzadə ABŞ-la gözlənilən ikinci danışıqlar raundu ilə bağlı yeni açıqlama verib. "Hazırda iki tərəf arasında razılaşma çərçivəsini dəqiqləşdirməyə çalışırıq. Uğursuzluğa məhkum olan və yeni gərginlik dalğası üçün bəhanə ola biləcək heç bir danışıqlarda və ya görüşlərdə iştirak etmək istəmirik. Çərçivə barədə razılığa gəlməyincə tarix təyin edə bilmərik" - deyə Xətibzadə bildirib.

Tahir TAĞIYEV

Избранный
21
baki-xeber.com

1Источники