RU

Valdas Dambrauskas: "Avropa səhnəsinə gedən yolda addım-addım irəliləyəcəyik"

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Premyer Liqanın 28-cı turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, 1:0 hesablı qələbəni belə şərh edib:

"İlk növbədə, bu gün komandamı və oyunçularımı təbrik edirəm. Çox güclü bir klubun stadionunda qalib gəlmək heç də asan deyildi. Oyunun çətin keçəcəyini əvvəlcədən bilirdik, lakin ilk hissədə biz daha istəkli tərəf idik. Hətta penalti fürsətindən yararlana bilməsək də, ikinci hissədə göstərdiyimiz reaksiya məni çox məmnun etdi. İlk yarıda üstünlük tamamilə bizim tərəfimizdə idi. 50 dəqiqə azlıqda oynamağın çətinliyinə baxmayaraq, rəqib demək olar ki, yadda qalan heç bir təhlükəli vəziyyət yarada bilmədi. İkinci hissədə sərgilədiyimiz futbol möhtəşəm idi. Sabahdan etibaren bərpa məşqlərinə başlayacağıq. Artıq ölkə kubokunda da final həyəcanını yaşamaq istəyirik."

-"Qarabağ"ın sizə qarşı mübarizə aparmaqda çətinlik çəkməsinin səbəbi nə idi? Oyun üçün xüsusi planınız və ya taktikanız var idi?

"Əgər bu oyunun detalları barəsində danışsaq, bu, çox uzun çəkər. Lakin bu detalları icra etmək üçün iki əsas prinsipimiz var idi: birincisi, meydanda ürəkli çıxış etmək; ikincisi isə oyunçuların təmsil etdikləri klubun adı və forması uğrunda sonadək döyüşmələri. Onlar bunun üçün savaşmalı idilər ki, ailələri onlarla qürur duya bilsin."

-"Sabah"ın Çempionlar Liqasındakı çıxışı üzərinə böyük yük düşəcək. Komandanız bunun öhdəsindən gələ biləcəkmi?

"Hal-hazırda bu barədə düşünmürük. Hələ hansı komandalarla qarşılaşacağımızı bilmirik, ona görə də yalnız öz oyunumuza köklənirik. Avropa səhnəsinə gedən yolda addım-addım irəliləyəcəyik."

Mikelsin vəziyyəti necədir?

Mən hazırda dəqiq bir söz deyə bilmirəm, bu barədə tibbi heyətlə danışmalıyam. Zədəsi ciddi görünür, o, hazırda müayinə üçün xəstəxanaya yollanıb."

-Abdulla Xaybullayev qol vursa da, qırmızı vərəqə aldı. Sizcə, o, bu günün qəhrəmanıdır, yoxsa anti-qəhrəmanı?

"O, bizim üçün çox önəmli oyunçudur. Düzdür, daimi olaraq əsas heyətdə yer ala bilmir, amma çox keyfiyyətli futbolçudur. Komandanın ona ehtiyacı olduğu zaman meydanda hər şeyini verə biləcək bir xarakterə malikdir. Hesab edirəm ki, o, bu gün əlinə düşən fürsətdən çox yaxşı istifadə etdi."

Kamil Xudiyev

 

Избранный
3
1
fanat.az

2Источники