RU

“Napoli” evdə “Latsio”ya məğlub oldu

“Napoli” 33-cü turda doğma meydanda “Latsio” ilə qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qonaqlar erkən qolla hesabı açıblar. 6-cı dəqiqədə Matteo Kançelyeri fərqlənib, ötürməni Kennet Teylor edib.

57-ci dəqiqədə “Latsio” üstünlüyünü artırıb. Matteo Kançelyerinin ötürməsindən sonra Toma Başiç qapını dəqiq nişan alıb.

Bu nəticədən sonra “Latsio” xallarını 47-yə yüksəldərək turnir cədvəlində 9-cu pilləyə qalxıb. “Napoli” isə 66 xalla 2-ci sırada qərarlaşıb.

Qeyd edək ki, komandalar arasında ilk dövrədə keçirilən oyunda “Napoli” Romanı 2:0 hesabı ilə məğlub etmişdi.

Избранный
9
90deqiqe.az

1Источники