RU

Avropa səhnəsinə yol açılanda ora barədə danışmaq olar

BAKI, 18 aprel. TELEQRAF

“Avropada necə olacaq, məsuliyyətimiz necə olacaq, bunu bilmirik. Bunları düşünmürük. Hansı koamnda ilə düşəcəyimiz də məlum deyil. Avropa səhnəsinə yol açılanda ora barədə danışmaq olar”.

Teleqraf xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının XXVII turunda səfərdə “Qarabağ”ı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

“Oyunçularımı təbrik edirəm. Asan deyildi, güclü rəqibin meydançasında, çox yaxşı komandanın meydançasında onlara qalib gəlmək çətin eidi. Ağır oyun olacağını bilirdik. Birinci hissədə çox istəkli oynayan biz idik. Qırmızı vərəqə aldıqdan sonra da xoşuma gəldi ki, heç bir oyunçum neqativə köklənmədi. Bu, nümunəvi bir oyundur. Sabahdan etibarən bərpa məşqlərinə başlayacağıq.

Qarşıda bizi “Qarabağ”la kubok oyunu gözləyir. Bu oyunlara da ciddi hazırlaşacağıq. Qələbə qazanmaq istəyirik.

Mənə görə, iki prinsip var. Birincisi, meydanda ürəyini qoymaqdır. İkincisi isə formalarında yazılan adlarıdır. Elə etməlidirlər ki, ailələri onlara baxıb fəxr etsinlər.

Избранный
24
teleqraf.com

1Источники