RU

Generalın vəzifəsini o İCRA EDİR

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-mayor Müşviq Məmmədov ehtiyata buraxılıb.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, hazırda onun vəzifəsini başqa şəxs əvəz edir.

Belə ki, Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən şəxs polkovnik Azər Heybətlidir.

Sözügedən zabit Azərbaycan Ordusunda müxtəlif dövrlərdə yüksək vəzifələrdə çalışıb. O, Azərbaycanın Böyük Britaniyadakı attaşesi vəzifəsində də fəaliyyət göstərib.

Qeyd edək ki, vəzifəyə yeni təyinatla bağlı hələlik heç bir rəsmi məlumat yoxdur.

Fotoda: Azər Heybətli 

Murad İsmayıl

Избранный
25
5
bakivaxti.az

6Источники