RU

Qvardiolun qayıdış tarixi məlum oldu

"Mançester Siti" klubunun müdafiəçisi Yosko Qvardiol ağır zədədən sonra bərpa prosesini davam etdirir.

90deqiqe.Az-ın məlumatına görə, xorvat futbolçu fərdi proqram üzrə məşqlərə başlayıb və təxminən 22 may tarixində meydanlara qayıda bilər.

Xorvatiya milli komandasının planına əsasən, Qvardiol 17 iyuna qədər bir neçə oyunda iştirak edərək Futbol üzrə Dünya Çempionatı çərçivəsində İngiltərə yığmasına qarşı matça hazır vəziyyətə gətirilməlidir. Hətta tam hazır olmasa belə, onun heyətdə yer alması nəzərdə tutulur.

Qeyd edək ki, Qvardiol yanvar ayında Çelsi ilə keçirilən və 1:1 hesabı ilə başa çatan oyunda sağ ayağının baldır sümüyündən ciddi zədə almışdı. Futbolçu həmin zədədən sonra əməliyyat olunub.

Избранный
19
90deqiqe.az

1Источники