Almaniya çempionatının 30-cu turunda “Union” doğma meydanda “Volfsburq”u qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
11-ci dəqiqədə “Volfsburq” hesabı açıb. Patrik Vimmer fərqlənib, məhsuldar ötürmə Yoakim Mehleden gəlib.
İkinci hissənin əvvəlində qonaqlar üstünlüyünü artırıblar. Cenan Peyçinoviç rəqib qapısına yol tapıb, ötürməni Kristian Eriksen edib.
86-cı dəqiqədə meydan sahibləri fərqi minimuma endiriblər. Oliver Börk dəqiq zərbə ilə fərqlənib.
Lakin “Union” məğlubiyyətdən xilas ola bilməyib.
Qeyd edək ki, komandalar arasında ilk dövrədə keçirilən oyunda “Volfsburq” 3:1 hesablı qələbə qazanmışdı.