RU

Ağdamda gənc traktor aqreqatının altında qalaraq öldü

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ağdamda 25 yaşlı gənc traktor aqreqatının altında qalaraq həyatını itirib.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Zəngişalı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 2001-ci il təvəllüdlü Hikmət Sadiq oğlu Mahmudlu kənd təsərrüfatı işləri ilə məşğul olarkən traktora qoşulmuş torpaqüyüdən aqreqatın altında qalıb.

H. Mahmudlu aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
17
6
globalinfo.az

10Источники