RU

Tofiq Bəhramov da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... FOTOLAR

Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.

Misli premyer-liqasının 28-ci turunda keçirilən "Qarabağ" - "Sabah" oyunu davam edir. Əslində bu matçda tribunaların azarkeşlərlə dolub-daşacağı gözlənilirdi. Hər halda, söhbət liderlə ən yaxın izləyicisinin duelindən gedir. Lakin "Tofiq Bəhramov"da keçirilən qarşılaşmada nə az, nə çox 11 sektor ümumiyyətlə boşdu. Qalan sektorlar isə qismən doludu. Dəqiq desək, hazırda matçı stadiondan 17830 tamaşaçı izləyir.Qeyd edək ki, "Sabah" 1:0 hesabıyla qalib gəlir. Ancaq Masazır təmsilçisi məhz 45-ci dəqiqədə hesabı açan Abdullax Xaybullayevin 46-cı dəqiqədə qırmızı vərəqə alması səbəbindən azlıqdadı.

KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
3
1
icma.az

2Источники