RU

Sumqayıtda qanunsuz tikilinin qarşısı alınıb

ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Sumqayıt şəhərində son günlər geniş ictimai müzakirələrə səbəb olan qanunsuz tikili ilə bağlı məsələ öz həllini tapıb.

"Unikal" xəbər verir ki, şəhərin ən çox ziyarət edilən istirahət məkanlarından biri olan Nəsimi adına Mədəniyyət və İstirahət Parkında inşa edilən obyektin qanunsuz olduğu müəyyən edildikdən sonra dərhal söküntü işlərinə başlanılıb.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin apardığı  monitorinqlər nəticəsində məlum olub ki, sözügedən tikili müvafiq icazələr olmadan və şəhərsalma normalarına zidd şəkildə inşa edilib. Bu səbəbdən aidiyyəti qurumlar tərəfindən obyektin ləğvi ilə bağlı qərar qəbul olunub.

Söküntü işləri Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin , Sumqayıt şəhər İcra Hakimiyyətinin, və Sumqayıt Bələdiyyəsinin əməkdaşlarının birgə iştirakı ilə həyata keçirilib. Proses zamanı təhlükəsizlik qaydalarına tam riayət olunub.

Hazırda park ərazisində təmizləmə və bərpa işlərinin aparılması da nəzərdə tutulur. Məqsəd ərazini əvvəlki vəziyyətinə qaytarmaq və sakinlərin rahat istifadəsini təmin etməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
1
1
unikal.az

2Источники