ain.az, Qol.az portalına istinadən məlumat yayır.
"Sabah" penaltini dəyərləndirə bilmədi
Misli Premyer Liqasının 28-ci turu çərçivəsində hazırda keçirilən “Qarabağ” - “Sabah” matçı artıq ilk dəqiqələrdən gərginliyi və müzakirəli epizodları ilə yadda qalıb.
QOL.az xəbər verir ki, qarşılaşmanın 11-ci dəqiqəsində meydanda müzakirələrə səbəb olan penalti qərarı verilib.
Oyunun baş hakimi Elçin Məsiyev Mateus Silvanın Aron Maludanı cərimə meydançasında qayda pozuntusu ilə dayandırdığını hesab edərək “Qarabağ”ın qapısına penalti təyin edib. “Sabah”ın legioneri Con Leys Mikels penalti zərbəsindən fərqlənməyə çalışsa da, “Qarabağ”ın qapıçısı Mateuş Koxalski onun zərbəsini dəf etməyi bacarıb.


Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.