RU

Ədalət Şükürov müğənnilərə səsləndi: "Kitab oxuyun"

"Gərək öz həyatının, taleyinin meneceri olasan. Adam var, nə istəyir onu da edir. Adam da var, gözəl müğənnidir, amma şəraiti yoxdur. Müğənni var, gözəl ifaçıdır, amma dünyanı gəzməyib, kitab oxumayıb. Oxumaqdan başqa heç nə etmir".

Bu sözləri Əməkdar artist Ədalət Şükürov "Xəzər axşamı" proqramında deyib.

Müğənni həmkarlarına səslənib:

"Əgər yaxşı müğənnisənsə, ali savadın varsa, dünyanı gəzirsənsə... Bu, tamamlananda olur başqa şey. Bu da həyatdan asılıdır. Birinin imkanı var, birinin yox. Müğənnilərə deyirəm ki, imkanınız olduqca dünyanı gəz, kitab oxu. Son zamanlar kitab oxumurlar, əllə yazmırlar. Çox şey unudulur". (Axşam.az)

Избранный
15
3
musavat.com

4Источники