RU

İtaliya nəhəngi Uğurcanı istəyir

İtaliyanın "İnter" klubu qapıçı mövqeyini gücləndirmək üçün Türkiyə bazarına üz tutub.

Fanat.Az xəbər verir ki, "HT Spor"un məlumatına görə, Milan təmsilçisi 37 yaşlı Yan Zommerin varisi kimi Uğurcan Çakırı siyahısına əlavə edib.

İtaliya klubu mövsümün sonunda təcrübəli qapıçının transferi ilə bağlı rəsmi danışıqlara başlamağı planlaşdırır.

Hazırda "Qalatadaray"ın heyətində çıxış edən Uğurcanın Avropanın top-klublarından birinə keçidi Türkiyə futbol ictimaiyyətində də böyük maraqla gözlənilir.

Избранный
10
1
fanat.az

2Источники